Aristotel - b.e. əvvəl 384-322-ci illərdə yaşamış (62 yaş) qədim yunan filosofu, Platonun şagirdi, Aleksandr Makedonskinin tərbiyəçis.E.ə.322 -ci ilin 2 oktyabrında vəfat etmişdir. 

Aforizmlər,sitatlar,fikirlər

  • Şərab badəsi ilə dodaq arasında çox şey ola bilər.
  • Sərxoşluq könüllü dəlilikdir.
  • Yoxsulluq- qəzəb və cinayətlərin mənbəyidir.
  • Uzun sürən fiziki fəaliyyətsizlik kimi insanı məhv edə biləcək heç nə ola bilməz.
  • Minnətdarlıq tez köhnəlir.
  • Nəcib əməllər etmək üçün quruda, dənizdə hökmranlıq etmək vacib deyil.
  • Xoşbəxtliyi dostlarla bölüşəndə ikiqat xoşbəxt oluruq.
  • Comərd insan özünə fayda axtarmağına görə yox, başqalarına yaxşılıq etməsi ilə fərqlənir.
  • Çoxhakimiyyətlik yaxşı şey deyildir: hökmdar bir olmalıdır.
  • Bacarığı ağıldan qabaq inkişaf etdirmək lazımdır.
  • Tərbiyə-xoşbəxtlikdə bəzək, bədbəxtlikdə isə sığınacaqdır.
  • Tərbiyə- qocalıq üçün toplanan ən yaxşı ehtiyatdır.
  • Tərbiyə üç şeyə əsalanmalıdır: qabiliyyətə, elmə, çalışmağa.
  • İnsanları idarə etmək məharətini düşünən insan əmindir ki, imperiyanın taleyi gənclərin tərbiyəsindən asılıdr.
  • İstedadlı həkimlər insan anatomiyasını dəqiq bilmələrini son dərəcə vacib hesab edirlər.
  • Hər bir dövlət quruluşunda vətəndaşın mahiyyəti dəyişir.
  • Uşağı böyüdüb yaxşı tərbiyə edənlərə onu dünyaya gətirənlərdən yüksək qiymət verilməlidir.
  • Yaxşılıq etmək üçün ona malik olmaq lazımdır.
  • İnsan üçün yaxşılıq- bu, onun öz ruhi bacarığından fəzilətə uyğun istifadə etməsidir.
  • Əxlaqi fəzilət həzzdə və iztirablarda özünü göstərir: çünki, əgər biz həzz almaq üçün pis iş görürüksə, iztirablara məruz qalmamaq üçün isə yaxşı əməllərdən uzaqlaşırıq.  
  • Fəzilətin xüsusiyyəti yaxşılığı qəbul eləmək, utanverici əməl etməkdə yox, yaxşılıq və gözəl əməllər etməkdədir.
  • Üslubun üstünlüyü aydın olmasındadır.
  • Dost, iki bədəndə yaşayan bir ruhdur.
  • Yoxsulluqda və digər bədbəxtliklərdə həqiqi dostlar etibarlı sığınacaqdır.
  • Heç kim dostsuz yaşamağa razı olmaz, hətta əvəzində ona hər şey təklif edilsə belə.
  • Hamıya dost olan heç kimin dostudur.
  • Əgər biz istəyirik ki, dostlar bizimlə biz istədiyimiz kimi davransın, biz də onlarla o cür davranmalıyıq.
  • Oh, dostlarım! Dünyada heç bir dost yoxdur!
  • Dostları olanın dostu yoxdur.
  • Dostu uzun müddət axtarırlar, çətinliklə tapırlar və çətinliklə qoruyurlar.
  • Dostluq, haqqı tələb etmədən mümkün olanla kifayətlənir.
  • Dostluğun əsas əlaməti ünsiyyətdən həzz almaqdır.
  • Həyat hissi həzz verən şeylərə aiddir .Çünki, həyat, təbiətcə xoşbəxtlikdir.
  • Həyatın mənası nədən ibarətdir? Başqalarına xidmət və yaxşılıq etməkdən.
  • Həyat hərəkət tələb edir.
  • Yaşamaq- şeyləri əldə etmək yox, onu etmək deməkdir.
  • İki şərdən ən kiçiyini seç.
  • Dərketmə təəccübdən başlayır.
  • Həqiqəti xilas etmək üçün vəzifə ən yaxın və ən əziz şeydən imtina etməkdən ibarətdir.
  • Platon mənim dostumdur, amma həqiqət ondan da qiymətlidir.
  • Dostlar da, həqiqət də mənim üçün əzizdir. Amma mən dostlardan çox həqiqətə üstünlük verirəm.
  • Yaxşı kitab o kitabdır ki, müəllif nə lazım olduğunu söyləyir, nə etməməli olduğunu söyləmir və lazım olduğu kimi danışır.
  • Gözəllik böyük bədənə uyğundur. Kiçik bədənə malik insanlar zərif və mütənasib bədən quruluşuna malik ola bilər, amma gözəl ola bilməzlər.
  • Bütün yaltaqlar quyruqbulayandırlar.
  • İnsanları üzünə tərifləmək yaltaqlıq əlamətidir.
  • Sevmək- deməli, xoşbəxtlik hesab etdiyin şeyi özün üçün yox, başqası üçün istəyəsən və çalışasan ki, bu xoşbəxtliyi ona verə biləsən.
  • Həmişə sevməyən sevmir.
  • İnsanların məhz gülməli vərdişləri həyatı xoş edir və cəmiyyəti birləşdirir.
  • Şöhrətpərəst insanlar şöhrətpərəst olmayanlardan daha çox paxıl olurlar.
  • Analar öz uşaqlarını daha çox sevirlər.Çünki, onlar əmindirlər ki, bu onların uşaqlarıdır.
  • Biz asudə vaxta malik olmaq üçün asudə vaxtdan məhrum oluruq, sülh içində yaşamaq üçün isə müharibə edirik.
  • Müdriklik bütün elmlərin ən dəqiqidir.
  • Cəsarətli olmaq, deməli öz xasiyyətini cilovlamaq. Ehtiraslara ondan imtina edənlər yox,  gəmini və ya atı lazımi və faydalı yerə yönəldib idarə edənlər kimi istifadə edənlər hakimlik edir.
  • Cəsarətli insan qədər qorxunu dəf edə biləcək insan ola bilməz.
  • Yaxşılıq üçün düşüncəli şəkildə özünü qorxmadan təhlükəyə atan insan cəsurdur və cəsurluq məhz budur.
  • Cəsarətli, qorxmadan ölümə gedəndir.
  • Cəsarət, təhlükəli anlarda gözəl işlər görən insanlara xas olan fəzilətdir.
  • Cəsarət, qorxu qarşısında cəsarətdir. Ona görə də qorxu az olanda cəsarət artır.
  • Cəsarət, insanlara uyğun qorxuda və cəsarətdə aşkar olunur.
  • Qadınla müqayisədə kişi təbiətcə qadından yaxşıdır, qadın isə kişidən pisdir.Çünki, kişi qadın üzərində hökmranlıq edir, qadın isə ona tabe olur.
  • Musiqi ruhun etik tərəfinə məlum təsir göstərə bilər.
  • Ümid- ayıq vaxtı görülən yuxudur.
  • Dərrakəlii həzzə yox, əzabların olmamasına can atır.
  • Düzgün olduğunu göstərmək əxlaqı yaxşı olan insan üçün daha uyğundur.
  • Mənəvi keyfiyyətlər niyyətdən irəi gəlir.
  • Bilikdə irəi gedən, amma əxlaqda geridə qalan irəli getməkdən çox geriyə gedir.
  • Əxlaqlı insan öz həyatını itirmək məcburiyyətində qalsa belə, öz dostları, vətəni üçün çox şey edir.
  • Oxumağın kökü acı, meyvələri isə şirindir.
  • Necə etməli ki, şagirdlər müvəffəqiyyət qazansınlar sualına Aristotel cavab verdi: “Geridə qalanı gözləməyib qabaqda gedənə çatsınlar”.
  • Hazırcavab adam zövqlə zarafat edəndir.
  • Siyasət elmlərin ən yaxşısıdır.
  • Əməlləri prinsiplərinə görə edirlər.
  • Əməli müxtəlif yollarla törətmək olsa da, yalnız bir yolla düzgün yerinə yetirmək olar...
  • Tərifi və qınamanı əməlin məcburi və ya qeyri-məcburi edilməsinə görə edirlər.
  • Poetik əsərlərdə mümkün olmayanın ehtimal edilməsi, mümkün olanın ehtimal edilməməsindən daha yaxşı hesab edilir.
  • Cinayətin yalnız bəhanəyə ehtiyacı var.
  • Hər bir şeydə yalnız gülməli tərəfi görmək adəti ruhun xırdalığını göstərən ən düzgün əlamətdir.Çünki, gülməli şeylər yalnız üzdə olur.
  • Təbiətcə özünə yox, başqasına mənsub olan insan quldur.
  • Aydınlıq, nitqin əsas üstünlüyüdür.
  • Təvazökarlıq, utanmazlıqla utancaqlıq arasında orta haldır.
  • Qoçaq olmaq, deməli bütün qorxuları uzaq, qoçaqlıq təlqin edənləri isə yaxın hesab etməkdir.
  • Hamı bilir ki, ölüm labüddür, amma onun uzaq olmasına görə heç kim onun haqqında düşünmür.
  • Ciddilik gülüşlə, gülüş isə ciddiliklə yox olur.
  • Yaramazın vicdanını oyatmaq üçün ona şapalaq vurmaq lazımdır.
  • Vicdan yaxşı insanın düzgün məhkəməsidir.
  • Tam mükəmməliyə çatmış insan bütün heyvanlardan yüksəkdədir. Amma o, qanunlarsız və ədalətsiz yaşayırsa, hamıdan aşağıdadır.
  • Ədalət fəzilətin bir hissəsi yox, tam bir fəzilətdir. Ədalətsizlik isə əxlaqsızlığın bir hissəsi yox, ümumiyyətlə əxlaqsızlığın özüdür.
  • Ədalət,axşam və sübh ulduzundan da gözəl fəzilətin ən alisidir.
  • Bizi məhv, yaxud bizə pislik edə biləcək gələcək şərin təsəvvüründən yaranmış xoşagəlməz hisslərdən və pərtlikdən ibarət qorxu hissi  bizə hakim olsun.
  • Qorxunu şərin gözlənməsi kimi müəyyən edirlər.
  • Xoşbəxtlik razı olanın tərəfindədir.
  • Xoşbəxtlik asudə vaxtla bağlıdır.
  • Komediyanın məqsədi pis, faciənin məqsədi isə yaxşı adamları əks etdirməkdir.
  • Bəxti gətirmə -ağlın iştirakı olmayan uğurdur.
  • Ağılsızlıq qarışığı olmayan bir ağıllı belə dünyaya hələ gəlməyib.
  • Ağıl yalnız biliklə yox, biliyi işdə tətbiq etmək bacarığı ilə ölçülür.
  • Nəticənin məqsədi- biz hər hansı bir vəziyyəti müdafiə edəndə ortaya çıxan problemdən nəticə çıxarmağa, ziddiyyətə yol verməməyə kömək edə biləcək metod tapmaqdır.
  • Uşaqları tərbiyə edən müəllimlər onları dünyaya gətirən valideynlərdən daha hörmətlidir.Valideynlər uşaqlarına həyat, müəllimlər isə xoş həyat bəxş edir.
  • Fəlsəfə məni belə öyrədib: bu və ya başqa cür hərəkəti kiminsə əmri ilə yox, qanun qarşısında qorxduğum üçün edirəm.
  • Xarakter davranışımızın nəticəsidir.
  • Cəmiyyətdən kənar insan ya Allahdır,ya da heyvan.
  • İnsan, təbiətcə ictimai varlıqdır.
  • Gülüş, canlı varlıqlardan yalnız insana xasdır.
  • At qaçış üçün, öküz yeri sürmək üçün, it axtarış üçün yaradılıbsa, insan da hansısa ölüm Allahı kimi nəticə çıxarmaq və hərəkət etmək kimi iki şey üçün yaradılıb.
  • Hər bir insanın ayrıca, eləcə də hamının birlikdə demək olar ki, məlum məqsədi var və bu məqsədə can ataraq birini seçir, digərindən isə qaçırlar.
  • İnsan- siyasi heyvandır.
  • Şərəf- fəzilətə verilən mükafatdır.
  • Şərəfin boş şey olduğunu düşünənlər üçün bütün başqa şeylər də miskindir.
  • Ciddi işləri yerinə yetirmək üçün zarafat etmək lazımdır.
  • Zarafat gərginliyi zəiflətməkdir.Çünki, zarafat istirahət etməkdir.
  • Səxavətli insan lazımi adama lazımi şeyi lazımi vaxtda verəndir.
  • Eqoizm özünü sevmək yox, həddindən çox sevməkdir.
  • Xoşbəxtlik hər yerdə son məqsədin düzgün müəyyən edilməsindən və bu son məqsədə aparan müvafiq vasitələrin axtarılmasından ibarət iki şərtin yerinə yetirilməsindən asılıdır.
  • Hər bir vətəndaş imkan daxilində öz səylərini öz dövləti üzərində hökmranlıq etmək gücündə olmağa yönəltməlidir.
  • Ritmə və musiqiyə qulaq asanda əhval-ruhiyyəmiz dəyişir.
  • İşin kiçik bir hissəsini mükəmməl etmək 10 qat pis etməkdən yaxşıdır.
  • Biz dostlarını sevəni tərifləyirik.
  • Başlanğıc, işin yarısından çoxu deməkdir.
  • Ritorika, hər bir predmetə görə ehtiyatlı olmağın mümkün yollarını tapmaq imkanıdır.
  • Zülmkarın xüsusiyyəti ürəyi qürurlu və sərbəst olanları rədd etməkdir.
  • Qulların bədəni güclü olur. Ona görə də onları müxtəlif işlərdə işlətmək olar. Azad olanların isə belləri bükük olmur və onlar qulların gördüyü işi görə bilmir, amma siyasi fəaliyyət üçün yararlı olurlar...
  • Birisinin məhv edilməsi başqa birisinin doğulmasıdır.
  • Savadlı insanla savadsız insan arasındakı fərq, canlı insanla ölü insan arasındakı fərq kimidir.

Tərcümə etdi: Şakir QURBANOV


GÜNDƏM

Jurnalistler


IMAGE
ŞƏHİD ANASI...
Friday, 20 May 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA