booked.net booked.net  

Fevralın 6-da Türkiyənin 13 milyon insanı əhatə edən 10 rayonunda baş vermiş dəhşətli iki zəlzələ 35 mindən çox insanın həyatına son verdi, 105 mindən çox insan yaralandı, minlərlə bina dağıldı.

Qardaş ölkədə baş verən zəlzələ Azərbaycan xalqını da dərindən sarsıtdı, üzdü… Ölkəmizdə də insanlar ümidlə dağıntılar altından sağ çıxacaq insanları gözləyir, dualar edir – Türkiyə ilə birgə sevinir, birgə kədərlənir…

Bloomberg Sahibkarlar Konfederasiyasının və respublikadakı işgüzar dairələrin nümayəndələrinin hesablamalarına istinadən bildirib ki, Türkiyədə zəlzələ nəticəsində dəyən ziyan 84 milyard dolları keçə bilər.

...Elə Azərbaycan dövləti də, xalqımız da qardaş ölkəyə zəlzələnin ilk günündən hər cür dəstək göstərmək üçün səfərbər olublar. Zəlzələnin ilk saatlarından Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-nin xilasediciləri, həkim briqadaları, humanitar yardımlar... zəlzələ bölgəsinə göndərilib. Xilasedicilərimiz indiyədək dağıntılar altından 53 nəfəri sağ çıxara bilib. Soydaşlarımız da el birliyi ilə, bütün qəlbi ilə yardım etməyə tələsiblər. Özləri buna təşəbbüs göstəriblər. Həm də kimin nəyə gücü çatırsa – geyim, yataq,ərzaq, pul... Və bu yardımlar dövlətimiz tərəfindən hər gün davam edir və sonadək davam edəcək. Bunu hamı bilir...

Lakin bu gün bu təşəbbüsə kölgə salanlar var. Həm də arzuolunmaz, dilə gətirmək istəmədiyimiz şəkildə...

Belə ki, sosial mediada yayılan xəbərə görə, orta məktəb müəllimlərinin maaşlarından məcburi şəkildə hansısa yardım fonduna pul yığılır. Həmin paylaşımlarda bildirilir ki, müəllimlərə maaşlarının müəyyən faizinin yardım üçün tutulacağı barədə xəbərdarlıq olunub və məktəblərdə onlara bununla bağlı ərziə yazdırılır.
 ... Daha sonra məlum olub ki, məktəblərin yardım kampaniyasına qoşulmasının təşəbbüskarı  Azərbaycan Gənc Müəllimlər Assosiasiyasıdır...

AGMA sədri Rüfət Əsədzadə isə məsələ ilə bağlı bildirib ki,  kampaniya məcburi deyil, könüllü xarakter daşıyır və hansısa müəllim buna məcbur edilərsə ı +994512067971 nömrəli "Qaynar xətt"inə müraciət etsin...

 erize

Ölkəmizdə insanlar hər gün öz istəyi ilə hamıya məlum olan hesab nömrələrinə maddi yardım edir – söz-söhbətsiz, sakit, qalmaqalsız, reklamsız... Böyük şirkətlər, sahibkarlar... iri məbləğdə köçürmələr edir. Əgər bu gün kimlərinsə təşəbbüsü əsasında həyata keçirilən yardım kampaniyaları lazımsız söz-söhbətə (utancverici) yol açacaqsa, belə xeyirxahlığa gərək varmı? Xalqımızın könüllü dəstəyinə, dövlətimizin yardımına  kölgə salmağa dəyərmi?  Maddi imkanı o qədər də yaxşı olmayan müəllimləri buna cəlb etmək lazımdırmı ki, sonradan da söz-söhbət yaransın? Axı müəllim də bu cəmiyyətin üzvüdür və onların arasında da könüllü şəkildə bunu həyata keçirənlər çoxdur...

Sonda isə xeyirxah insanlarımızın diqqətinə zəlzələdən zərərçəkənlərə "AFAD" adına açılmış aşağıdakı hesab nömrələrini çatdırmaq istərdik. Hansı ki, heç bir komissiya tutulmadan yardım edə bilərsiniz:

Hesap Adı: T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı

Alıcı Banka: T.C. ZİRAAT BANKASI A.Ş.

Alıcı Şube: ANKARA KAMU KURUMSAL ŞUBESİ

TL: TR73 0001 0017 4555 5555 5552 04

USD: TR 46 0001 0017 4555 5555 5552 05

EURO: TR 19 0001 0017 4555 5555 5552 06

Banka Swift Kod No : TCZBTR2A

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA