44 günlük Vətən müharibəsindəki qələbəmizin əsasını daşıyan milli silahlarımızın sorağı dünya hərb sənayesində özünəməxsus yer tutub...

Bu silahların Azərbaycanda istehsalı isə xarici istehsalçıların diqqətini Azərbaycana cəlb edib. "Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azaldıb", -deyən Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev bildirib ki, hətta dronlar düşmənin kiçik və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin aşkara çıxarılıb məhv edilməsində mühüm rol oynayıb. Sitat: "Düşmənə məxsus silah anbarlarının məhv edilməsi baxımından kamikadze dronu - "Harop" bu PUA-ların ən öncüllərindəndir. Xüsusən də, "S-300" raket sistemlərinin sıradan çıxarılmasında bu dronlar uğurla istifadə olunub. Müharibənin taleyinin Azərbaycanın lehinə dəyişməsində Türkiyə Müdafiə sənayesinin istehsalı olan "Bayraktar TB-2"nin də rolu danılmazdır. Müharibənin yalnız ilk iki həftəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna məxsus 60 HHM sistemini (əsasən, 9K33 OSA və 9K35 Strela) məhv etdi. Beləliklə, silah ticarətində diversifikasiya etməyi bacaran Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azalda bildi".

Bəli, düşmən bilməlidir ki, Azərbaycan artıq hansısa ölkədən silah almğı azaltmaqdadır və daha müasir, güclü silahları özü istehsal edir. Buna həm maddi, həm də texnoloji imkanları var...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA