booked.netbooked.net booked.net  

Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Malik Oljabekov Milli Məclisin plenar iclasında Qazaxıstan vətəndaşlarının şəxsi məlumatlarının xarici Telegram botunda yayılmasına münasibət bildirib.

“Bu dəfə xarici Telegram botunda qazaxıstanlıların yaşayış yeri, FİN (fərdi identifikasiya nömrəsi -red),  tam adı (ad, soyad, ata adı -red) ilə bağlı məlumatların axtarışı xidmətləri əlçatan olub.

Telefon nömrəsini daxil etmək kifayət idi. Bir çox internet istifadəçisi bu məlumatların hökumətin informasiya sistemlərindən götürüldüyünü irəli sürdü. Bununla bağlı mənim 2 sualım var: Bu necə mümkün oldu və nazirlik vəziyyəti düzəltmək üçün nə etdi?” ,– deyə deputat Nikita Şatalov nazir müavinindən soruşub.

Rəqəmsal İnkişaf nazirinin müavini Malik Oljabekov isə problemi etiraf edib.

“Bəli, həqiqətən də, bu hadisə bəzi Telegram botlarında məlumatların, o cümlədən şəxsi məlumatların yayılması ilə baş verib. Fəaliyyət prinsipi belədir ki, onlar müxtəlif açıq mənbələrdən, o cümlədən sosial şəbəkələrdən və dəqiq olaraq mobil telefon nömrəsinin daxil edilməsi əsasında məlumatları toplayır və birləşdirir.

Güman edirik ki, mənbələrdən biri Qazaxıstanda telefon nömrəsi ilə bu cür məlumatların verilməsi üçün qadağan olunmuş xidmət ola bilər. Botun verdiyi ünvanlara gəlincə, bu, əsasən əvvəlki sızmalardan, köhnəlmiş məlumatlardan ibarətdir. Güman edirik ki, bu, həm də ərzaq və ya malların çatdırılması kimi ictimai xidmətlərdən də ola bilər”, - Oljabekov izah edib.

O, həmçinin əlavə edib ki, bu xidmətlərin bloklanması ilə bağlı müraciət ölkənin Mədəniyyət və İnformasiya Nazirliyinə göndərilib.

"Mütəxəssislər, həmçinin onlara qarşı yoxlama aparmaq üçün məlumatın hansı mənbələrdən sızdığını müəyyən etmək üçün verilən məlumatları yoxlayırlar" – o, deyib.

Yəqin ki, ölkəmizdə də ehtiyat tədbirləri görməyə dəyər. İstifadəçilərin isə diqqətli olması vacibdir.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN