booked.netbooked.net booked.net  

İnformasiya və ictimai inkişaf naziri qəzet redaksiyasını ziyarət edib

Qazaxıstan qəzetləri vahid brendə - “Қазақ газеттері”nə (“Qazax qəzetləri”) çevrildilər.

Kollektivlərin birləşməsi ilə əlaqədar bir sıra təyinatlar həyata keçirilib.

Almatıya işgüzar səfərə gələn Qazaxıstan Respublikasının informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali “Қазақ газеттері”nin  kollektivi ilə görüşüb.

 Bu barədə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Kazpravda" bildirir ki, bu yaxınlarda yenidən təşkil edilən kollektivlərə “Yegemen Kazakııstan”, “Kazakstanskaya  Pravda”, “Ana Tili”, “Akikat”, “Mısl” , Tenge Monitor, “Uygur Avazi”, “Urker”, “Akyelken”, “Baldırqan”, “Ulan ”,“ Drujnıe rebyata ” nəşrləri daxildir.

Qeyd edilir ki, görüş zamanı iki komandanın birləşməsi ilə bağlı bir sıra yeni təyinatlar da olub.

 Beləki, Duman Anaş baş direktorun müavini – “Қазақ газеттері»nin Almatı bölməsinin rəhbəri, Yerlan Cunus "Ana Tili" qəzetinin baş redaktoru, Asıl Saqımbekov isə "Mısl"  jurnalının baş redaktoru təyin edilib.

Bundan əlavə, nazir səmərəli fəaliyyətinə görə “Қазақ газеттері»nin  baş direktoru Şəmşidin Patteevə və “Ana Tili” qəzetinin keçmiş baş redaktoru Kali Sarsenbaya  təşəkkür edib və medal ilə təltif edib.

Bildirilir ki, komandanın əməkdaşlarının maaşları, qonorarları və mükafatları da artırılıb. Həmçinin yeni rəhbərlik qarşısında da müvafiq vəzifələr də qoyulub.

Qəzetlərin də vahid brend ad altında birləşməsi, görünür ki, qəzet redaksiyalarının, onların əməkdaşlarının daha səmərlə fəaliyyətinə, həmçini maddi-texniki bazalarının güclənməsinə hesablanmış addımdır. Son illər, ölkəmizdə bir çox qəzetlərin öz fəaliyyətini dayandırmasının, yaxud da gündəlikdən həftəlik nəşrə keçməsinin səbəbi məhz redaksiyaların maddi durumunun zəif olması ilə bağlıdır. Və əslində, qonşu ölkədəki bu təcrübədən yararlanmaq da olar...  

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN