booked.netbooked.net booked.net  

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəyə səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı" istifadəyə verib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Portalda bildirilir ki, yaradılmış sözügedən elektron informasiya resursu vasitəsilə Azərbaycana səfər etmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər viza almaq üçün ərizə-anketi elektron qaydada doldurub və daha sonra təsdiq edərək, baxılması üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına göndərmək imkanına malik olacaq: “Yeni elektron informasiya sisteminin tətbiqi əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin viza müraciətlərinin baxılması və işlənməsi üçün sərf olunan müddətin minimuma enməsi, viza almaq üçün nəzərdə tutulan ərizə-anketin tam olaraq elektron doldurulması, vizanın rəsmiləşdirilməsi üçün tələb olunan bəzi sənədlərin elektron qaydada təqdim edilməsi və bununla müvafiq dövlət xidmətin göstərilməsində səmərəliliyin artırılması imkanını yaradacaq. İstifadəyə verilmiş “Viza almaq üçün ərizə-anket portalı” Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları, o cümlədən Xarici İşlər Nazirliyi vasitəsilə qəbul olunan viza müraciətlərinə aid olacaq. İlk mərhələdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, o cümlədən Azərbaycanın Almaniya Federativ Respublikasındakı və Gürcüstandakı səfirlikləri tərəfindən portal vasitəsilə elektron qaydada doldurulan ərizə-anketlər qəbul ediləcəkdir. Növbəti mərhələdə Azərbaycan Respublikasının digər diplomatik missiyalarının mərhələli şəkildə portala qoşulmasının təmin edilməsi nəzərdə tutulub. “Viza almaq üçün ərizə-anket portalı” barədə əlavə məlumat www.visaapplication.mfa.gov.az internet səhifəsindən əldə oluna bilər”.

tezadlar.az

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN