Gürcüstan Prezidenti Salome Zurabişvili ofşor şirkətlərdən aktivlərini çıxararkən vergi güzəştləri haqqında qanuna veto qoyub.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Zurabişvilinin şərhləri artıq qanunverici orqana göndərilib. Prezident bildirib ki, Gürcüstanın Avropa və Avro-Atlantik istəklərinə zidd olan bütün qanun layihələrinə veto qoyacaq. Məlumat üçün bildirək ki, Gürcüstan parlamenti aprelin 19-da vergi güzəştləri haqqında qanun qəbul edib. Layihəyə görə, Ofşor şirkətlərin aktivlərinin Gürcüstana köçürülməsini asanlaşdırmaq üçün müvafiq əməliyyatlar mənfəət vergisi və əmlak vergisindən azad ediləcək. Həmçinin, bu əməliyyat çərçivəsində Gürcüstana idxal edilən aktivlər(mallar) idxal rüsumlarından azad ediləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN