İsrail vətəndaşları bu ilin sentyabrında ABŞ-a viza almadan gedə biləcəklər.

Tezadlar.az xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Binyamin Netanyahu çıxış edib.

Netanyahu Twitter hesabında yazıb: “Bu gün biz İsrail vətəndaşlarına mühüm xəbər verdik: söz verdiyimiz kimi, israilliləri ABŞ-a daxil olmaq üçün viza almaq zərurətindən azad etmək üçün bütün qanuni tələblər uğurla yerinə yetirilib. Növbəti bir neçə ayda əlavə tələbləri yerinə yetirəcəyik və 2023-cü ilin sentyabrında İsrail Dövlətinin vətəndaşlarının ABŞ-a daxil olması üçün viza tələb etməyən ölkələrin siyahısına qoşulacağı gözlənilir”.

Hazırda İsrail vətəndaşları ABŞ-a daxil olmaq üçün viza üçün müraciət etməlidirlər və bu səbəbdən Amerika konsulluqlarında uzun növbələr yaranıb. Eyni zamanda, dünyanın ən böyük yəhudi icması ABŞ-da yaşayır. İsrail vizadan imtina proqramına qoşulduqdan sonra israillilər üçün ABŞ-a qısamüddətli səfərlər nəzərəçarpacaq dərəcədə asanlaşacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN