booked.netbooked.net booked.net  

Çin şirkəti Qazaxıstanın cənubunda gücü 200 Qkal-a qədər olan istilik elektrik stansiyası tikməyi planlaşdırır.

Qazaxıstan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev “State Power Investment Corporation”un İdarə Heyətinin sədri Qian Jimini qəbul edərkən bəhs olunub.

 Görüş zamanı bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, Çinin ən böyük enerji şirkətlərindən biri olan “State Power Investment Corporation” Qazaxıstanda yaşıl enerji layihələrinə fəal şəkildə sərmayə qoyur. Qasım-Jomart Tokayev şirkətin Jambil vilayətində gücü 1 QVt olan irimiqyaslı külək elektrik stansiyasının tikintisi təşəbbüsünü dəstəkləyib. Qian Zhimin bildirib ki, sosial məsuliyyət çərçivəsində onun şirkəti Qazaxıstanın cənubunda gücü 200 Qkal-a qədər olan istilik elektrik stansiyası tikməyi planlaşdırır.

Bundan əlavə, “State Power Investment Corporation”un  böyük texnoloji və tədqiqat təcrübəsi nəzərə alınaraq, “yaşıl” hidrogenin istehsalı sahəsində əməkdaşlığın perspektivləri də nəzərdən keçirilib.

***

Qeyd edək ki, Çinli sahibkarlar Qazaxıstan iqtisadiyyatının aktiv investorlarıdır. 2022-ci ilin sentyabr ayının yekunlarına görə, Qazaxıstan Respublikasının rezidentlərinin Çin investorları qarşısında öhdəlikləri 13,4 milyard dollar təşkil edib və bu rəqəm bu sabit səviyyədə saxlanılır.

 Çinli investorların investisiyalarının əsas hissəsi nəqliyyat və anbar təsərrüfatına (2,9 milyard dollar), istehsala (2,7 milyard dollar) və tikintiyə (2 milyard dollar) yönəldilib.

Xatırladaq ki, bu yaxınlarda Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov Çinin Qazaxıstandakı səfiri Çjan Syao ilə görüşdə də vurğulayıb ki,  Çin Qazaxıstanın ən böyük ticarət tərəfdaşlarından biridir, eyni zamanda, respublika iqtisadiyyatına sərmayə qoyan ilk 5 ölkə sırasındadır. Əlixan Smailov 2030-cu ilədək qarşılıqlı ticarətin həcminin 35 milyard dollara çatdırılması ilə bağlı ölkə başçılarının qarşıya qoyduğu məqsədə nail olmaq üçün hökumətin fəal işləməyə hazır olduğunu da diqqətə çatdırmışdı.

 

JASMİN

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN