booked.netbooked.net booked.net  

Qazaxıstan Respublikasının energetika naziri Bolat Akçulakov bildirib ki, qazın qiymətinin artırılması barədə düşünməyin vaxtı çatıb.

Onun sözlərinə görə, ölkə daxilində qazın qiymətinin aşağı səviyyədə saxlamaq ixrac qiymətləri sayəsində mümkün olub.

“Amma daxili istehlak artdığına, qaz hasilatı artmadığına görə ixracı azaltmaq lazımdır və biz 2024-cü ildən sonra, ümumiyyətlə, ixracın olmayacağını gözləyirik. Müvafiq olaraq, Qazaxıstan daxilində aşağı qiymətləri stimullaşdıran mənbəmiz olmayacaq və qiymətin artırılması zərurəti barədə fikirləşmək lazımdır”, - deyə Akçulakov  bildirib.

Nazir qeyd edib ki, bununla bağlı istehlakçıların qruplara bölünməsi məqsədəuyğundur.

 “Birincisi əhali və sosial müdafiəsiz təbəqələrdir. Amma qazın real dəyərini ödəyə bilən və ödəməli olan istehlakçı qrupları var - bunlar tamamilə ixraca və valyuta gəlirlərinə yönəlmiş müəssisələrdir. Mədənçilər qaza, o cümlədən kommunal və ya sosial müəssisələrə də yaxşı qiymət ödəyə bilərlər, yəqin ki, onları başqa qrupa ayırmaq lazımdır”, - nazir əlavə edib.

 Akçulakov qeyd edib ki, hazırda rəhbərlik etdiyi şöbə müvafiq hesablamalar aparır:

“ 60% orta rəqəmdir, sənaye müəssisələrində 2 dəfə artım ola bilər. Əhali üçün fərqli qiymət olacaq, bu seqmentlərə bölünməli və bizdə olanlara əsaslanmalıdır”, - deyə diqqətə çatdırıb.

 O, əlavə edib ki, məsələ ətrafında düşünmək üçün 180 gün  vaxtları var və bu müddət hələ bitməyib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN