Bakıda “Maşın bazarı”nda özünü partladaraq öldürən şəxsin adı məlum olub.

Qanunsuz silah saxlamaqda şübhəli bilinən, 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotik və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərov bu gün paytaxtın Səbail rayonunda idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman o, üzərində olan qumbara ilə özünü partladaraq öldürüb.

Avtomaşında olan sərnişini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə məhkum olunmuş Eldar Qurbanov isə qaçarkən saxlanılıb.

Partlayışda 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***

Bakıda axtarışda olan şəxs “Maşın bazarı” adlanan ərazidə özünü qumbara ilə partladıb. Hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb. Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.

apa


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər