Bildiyimiz kimi, oktyabrın 6-10-u tarixlərində  Bakıdakı Expo Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq kitab sərgisi keçirildi.

Sərgidə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının sərgilənən ekspozisiyaları da nümayiş etdirilirdi. Belə ki, pavilyonumuzda dünya şöhrətli detektiv yazıçı, nasir- publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, 20 milyon nüsxəlik, 600 kitabın müəllifi, hüquq elmləri doktoru, professor Çingiz Abdullayev, İctimai Nəzarət Koalisiyası idarə heyətinin, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin birinci vitse- prezidenti Rasim Məmmədov, Xalq yazıçısı Vahid Əziz, tanınmış ziyalılar, alimlər, xarici ölkə səfirliklərinin təmsilçiləri pavilyonun qonağı oldular. Eləcə də öz kövrək mahnıları ilə geniş dinləyici kütləsinin sevimlisi olan Baba Dərələyəzli, Şəhid Milli Qəhrəmanların valideynləri, ali və orta təhsil müəssisələrinin tələbələri, yeni ailə quran gənc bəylə gəlinin çıxışlarını hamı diqqətlə dinləyir və digər pavilyonlardan da bu görüşlərə qoşulurdular. Türkiyə, Kolumbiya, Özbəkistan və digər ölkələrin təmsilçiləri pavilyonumızda nümayiş etdirilən eksponatlar haqqında xoş ürək sözlərini bildirib təşkilata gələcək fəaliyyətində uğurlar arzuladılar.

Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası, İNK-nın ”Şəhid Milli Qəhrəman ailələri» Departamentinin sədri Tərlan Xəlilova, Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası -İNK -nın Ağsaqqallar Şurasının sədri Nəriman Həmidov, Şəhid kapitan, qərargah rəisi Əsəd Həsənovun anası- Abşeron rayonu üzrə ”Şəhid və Milli Qəhrəman ailələri” Departamentinin sədri Mələk Həsənova və digər şəhid anaları onlara olan qayğı və diqqətə görə DAMM-ın vitse- prezidenti Rasim Məmmədova öz dərin minnətdarlıqlarını  bildirdilər. Rasim Məmmədovun qələbəmizin ildönümü ilə bağlı təşkil etdiyi və şəhidlərin daş üzərində həkk olunmuş şəkilli suvenirləri, eləcə də “İlham Əliyev siyasətində Ictimai Nəzarət fəlsəfəsi” kitabları sərgi pavilyonunu ziyarət edən  qonaqlara hədiyyə olunurdu. Qonaqlara Ali Baş Komandanımızın yeni tarix yaratdığından, Zəfərimizlə doğma Qarabağımızda gedən quruculuq işlərindən, İNK-nın rayon təşkilatlarının gördükləri əməli işlərdən, Şəhid Milli Qəhrəman ailələrinə mənəvi dəstək verilməsindən, onlara olan diqqət və qayğıdan söhbət açılırdı. Tanınmış müğənni Baba Dərələyəzli “Nəhəng Gəmi”, ”Türkiyə- Azərbaycan”, ”İlham- Ərdoğan” mahnılarını xüsusi coşqu ilə ifa edərək qonaqlarda  kövrək hisslər oyadırdı. Pavilyonun sərgisi ilə tanış olanlar arasında tanınmış ziyalılardan filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyi tərkibində Cəfər Cabbarlı komissiyasının sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Elmi Şurasının və Bakı Dövlət Universitetində Dissertasiya Şurasının üzvü Asif Rüstəmli, Xalq şairi Vahid Əziz, hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov və digər tanınmışlar pavilyondaki  sərginin möhtəşəmliyini hamının nəzərinə çatdırırdı. Burada vəkil Adəm Məmmədovun “Qətlin sonu“ və Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitunun baş elmi işçisi, İslam Fəlsəfəsi şöbəsinin müdiri Könül Bünyadzadənin ”Könül dünyası” kitabının təqdimatı da maraqlı oldu.

Sonda xatirə şəkilləri və video kadrlar lentə alındı.

Nəzakət Əhmədova,

İNK-nın Abşeron rayon sədri, ”Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA