Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkə əhalisinə müraciət edib. "Bəzi məhdudiyyətləri yenidən tətbiq etmək lazım olsa indiyədək etdiklərimiz suya düşmüş olacaq"! -deyən Baş nazir İrakli Qaribaşvili, hökumətin bu günkü iclasından əvvəl keçirilən brifinq zamanı Əlavı edib ki, ölkə bağlanmağa dözə bilməyəcək, buna görə də peyvənd olunmaq lazımdır: "Ölkədə demək olar ki, hər şey açılıb və uğurla işləyir. İqtisadiyyat sürətlə bərpa olunmağa, canlanmağa başlayıb. Vətəndaşlar iş yerlərinə qayıtdılar. Batumidə demək olar ki, bütün məkanlar, kafe və barlar vətəndaşlarımız və turistlərlə dolu olur. Hörmətli vətəndaşlarımıza bir daha xahişlə müraciət etmək istəyirəm, bəzi məhdudiyyətləri yenidən tətbiq etmək lazım olsa bütün bunlar suya düşmüş olacaq. Mən qapanma və bu kimi sözləri istifadə etmək istəmirəm, sadəcə asan bir tələbimiz var, xahiş edirik peyvənd olun! Bunu etmək çox asandır... ölkəmiz bağlanmağa dözə bilməyəcək", - deyə İ. Qaribaşvili bildirib.

Xatırladırıq ki, ÜST-ün rəhbərliyi də dünya ölkələrinə həyəcanlı formada xəbərdarlıq edib ki, daha təhlükəli virusun peyda olması ehtimalı var. Bu isə o deməkdir ki, dünya ölkələri, o cümlədən Azərbaycan virusa qarşı mübarizədə daha sayıq olmalıdır. 

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA