Asiya ölkələrində əhali vaxtından əvvəl qocalır. Bu tendensiya Gürcüstanda da qeydə alınır.

Tezadlar.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının 57-ci illik toplantısı çərçivəsində qeyd olunub. Hesabata görə, Gürcüstanda ölüm nisbəti artıb, doğum isə azalıb nəticədə Gürcüstan əhalisi sürətlə qocalır, gənclər isə azalır. Bildirilib ki, Asiya və Sakit Okean hövzəsində 60 yaşdan yuxarı vətəndaşların sayı 2050-ci ilə qədər iki dəfə artaraq 1,2 milyarda çatacaq ki, bu da regionun ümumi əhalisinin dörddə birini təşkil edəcək. Əhalinin vaxtından əvvəl qocalması pensiyalara, sosial təminat proqramlarına və səhiyyə xidmətlərinə tələbatı əhəmiyyətli dərəcədə artıracaq.
 Buna baxmayaraq, region əhalinin qocalmasının yaratdığı çətinliklərin öhdəsindən gəlməyə hazır deyil. Aşağı pensiya, sağlamlıq problemləri, sosial təcrid və tibbi xidmətlərə çıxışın məhdudluğu əsas problemlər sırasındadır. Gürcüstana gəlincə, hesabatın müəlliflərindən biri Aiko Kikava bildirir ki, Gürcüstan üçün mühüm çağırış səhiyyə sektoru və xəstəliklərlə effektiv mübarizədir. Onun sözlərinə görə, Gürcüstanın bu istiqamətdə fəaliyyətini güclədnirməsi çox vacibdir.
O həmçinin qeyd edib ki, tütün və spirt istehlakı ölkə insanlarının sağlamlığı üçün ən öndə duran problemlərdəndir.

Bəs Azərbaycanda vəziyyət necədir? Araşdırma yazımız olacaq...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN