Aforizmlər, fikirlər

Aleksandr Düma (ata) -Alexandre Dumas - (d. 1802 – ö. 1870) —  fransız yazıçısı, dramaturqu və jurnalisti. Ən çox oxunan fransız müəlliflərindən biri. Bir çox janrlarda işləmişdir: pyeslər, romanlar, məqalələr və səyahət haqqında kitablar yazmışdır. Onun yaradıcılığının ümumi həcmi təxminən  100 000 səhifədən ibarətdir. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır.

  • Həddindən artıq dostlar ola bilməz.
  • Mən hər kəsi yaxınlarını sev kimi Tanrının buyurduğu sevgi ilə -xristian sevgisi ilə sevirəm, amma bəzi insanlara ürəkdən nifrət edirəm.
  • Qocaldıqca gənclik barəsində daha çox düşünürsən.
  • Tənha adamın xoşbəxtliyi tam xoşbəxtlik deyil.
  • Gözləmək yalnız heç nə etməyəndə dözülməz olur.
  • Qadın müqəddəsdir. Sevdiyin qadın isə ikiqat müqəddəsdir.
  • İnsanlar həmişə belədir: başqasının qürurunu baltalamağa hazır olur, amma özlərinin mənliyinə cüzi toxunulan kimi  çığır-bağır salırlar.
  • Məşuqədən ayrılmaq olar, həyat yoldaşından isə yox. Çünki, siz ona yaxından, yaxud da uzaqdan əbədi olaraq bağlısınız.
  • İnsan nə qədər yaxşı danışa da, sonda axmaq sözlər danışacaq.
  • Xəsislik ruhu qurudur.
  • Qəzəb zəiflik əlamətidir.
  • Gənclik-artıq cavan olmayanlar üçün böyük çatışmazlıqdır.
  • Məsləhət xidmətdən çoxdur.
  • Şübhə etmədiyin arzuları həyata keçirmək daha asandır.
  • Bütün insan müdrikliyi iki sözdən ibarətdir: gözləmək və ümid etmək!
  • Heç bir şey haqqında soruşmayan insanlar ən yaxşı təsəlli verənlərdir.
  • Böyük şeylər yaratmağı bacaran kiçik şeyləri də yarada bilər.
  • Qisas alan adam bəzən etdiyi hərəkətə görə peşman olar, bağışlayan adam isə heç vaxt.
  • Ölü rəqiblərinizdən yox, canlı düşmənlərinizdən qorxun!
  • Zəif ruhu olan adamlar həmişə hər şeyi matəm libasında görür.
  • Heç vaxt istisna olmaq lazım deyil. Əgər dəlilərin arasında yaşayırsansa, dəli olmağı öyrənməlisən.
  • Qısqanclıq sevgi əlamətidir.
  • Ehtiras ən təmkinli ağılları belə kor edir.
  • Özündə mübarizə əzmi hiss edən vaxtını əbəs yerə sərf etmir və taleyin zərbəsinə zərbə ilə cavab verir.
  • Kabus yalnız onu görmək istəyənlərin gözünə görünür.
  • Məşğul insanların qadınlara baxmağa vaxtları yoxdur.
  • Hakimlər canı bərk məxluqdurlar.
  • İnsanlar kimi evlərin də onların daxili mahiyyətini əks etdirən ruhları və sifətləri var.
  • Ayrıldığın adamla görüşdüyün adam arasında hansısa qəribə bir əlaqə var.
  • Sivilizasiya bizdə xeyirxah başlanğıcı boğan və şərə yol açan arzular, qüsurlar, süni tələbatlar yaratdı.
  • Bu, vaxt itirməmək adlanır: dünən səhər gəldin, bu gün saat üçdə isə evlisən!
  • Sevinc də bəzən kədər kimi insanı sıxır.
  • Həyatın nə qədər yaxşı olduğunu başa düşmək üçün ölümə susamaq lazımdır.
  • Müstəqillik azadlığı əvəz edir.
  • Möcüzə nədir? Anlamadığımız şey. Ən arzu olunan nədir? Əlçatmayan ş
  • Özünə hörmət etdiyini göstərsən, sənə də hörmət edəcəklər.
  • İnsanı , atanı əzabdan, qadını göz yaşlarından xilas etmək xeyirxah əməl yox, insanlıq borcudur.
  • Həyatda ölümdən maraqlı tamaşa yoxdur.
  • Nifrət edən başqasının hisslərində səhv etmir.
  • Siz nə vaxtsa eqoizmimizin bizə məxsus olan hər şeyi parlaq rənglərə boyadığının şahidi olmusunuzmü?
  • Əsl comərd insan düşmən bədbəxtliyi onun nifrətini üstələyəndə mərhəmət göstərməyə hazır olan insandır.
  • Dünya bir qonaq otağıdır. Bu otaqdan hamı ilə vidalaşıb, borclarını ödəyib, layiqincə, nəzakətlə ayrılmağı bacarmaq lazımdır.
  • Hər böyük kədər hörmətə layiqdir.
  • Ruhu zəif olanlar hər şeyi matəm libasında görür. Ruh üfüqlərini özü yaradır.
  • Melanxoliya, adi insanın xəyali orijinallıq aldığı bir qidadır, amma güclü təbiətə malik insan üçün öldürücüdür.
  • Uzun müddət əziyyət çəkən öz xoşbəxtliyinə çətinliklə inanır.
  • Xoşbəxtlik, qapıları əjdahalar tərəfindən qorunan nağıl sarayları kimidir. Onlara sahib olmaq üçün mübarizə aparmaq lazımdır.
  • Həyat, kiçik çətinliklərdən ibarət bir təsbehdir və filosof onlar gülərək oynadır.
  • Nə qədər yaşının olmasından asılı olmayaraq, arzularının puç olduğu zamandan qoca olursan. 
  • Hər cür bədbəxtliyin iki dərmanı var: vaxt və sükut.
  • Ağrı, sən pis deyilsən.
  • Təəssüf ki, bu dünyada hər kəsin başqasının nöqteyi - nəzərini görməyə mane olan öz nöqteyi-nəzəri var.
  • Qısqanclıq, kökündən qoparıb atmayanda artan alaq otu kimi pis hissdir.
  • Bəzən kiçik qayıqlar böyük gəmiləri xilas edir.
  • Hörmətsiz sevgi uzağa gedə, yüksəkliyə qalxa bilməz: bu tək qanadlı mələkdir.
  • Ümid, mənə məlum olan həkimlərin ən yaxşısıdır.
  • Bu bir qayda olub: gənclik əylənir, qocalıq söyüş söyür.
  • Əzəmətli qartal nə qədər yüksəkdən uçarsa, bir o qədər yerdə dincəlməyə məcburdur.

Tərcümə etdi: Şakir QURBANOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA