booked.netbooked.net booked.net  

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edən hakimlər komissiyasının və komandaların üzvləri tapşırıqların yerinə yetiriləcəyi ərazi və təlim məşq qurğusuna baxış keçirib.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, hakimlər komissiyası tərəfindən komandaların üzvlərinə müsabiqənin keçirilmə qaydaları izah olunub, mərhələlər üzrə şərtlər və təhlükəsizlik qaydaları çatdırılıb, digər təşkilati məsələlərlə bağlı ilkin təlimat keçirilib.

Xatırladaq ki, dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib, o cümlədən müsabiqənin çalışmaları üzrə naviqasiya və taktiki hesablamalar da aparılıb.

Qeyd edək ki, müsabiqə avqustun 25-dən başlayacaq və komandalar 3 mərhələ üzrə güclərini sınayacaq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN