Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

15 avqustda İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində təxminən 40.000 insan evsiz qalıb və təxminən 12.000 evə ziyan dəyib.
Tezadlar.az xəbər verir ki, bu barədə Jakarta Globe İndoneziyanın Milli Fəlakətlərin Azaldılması Agentliyinə istinadən məlumat yayıb.
Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 1182 nəfər yaralanıb. Zəlzələ üç əyalətdə 16.400 ailəyə təsir edib. Təsirə məruz qalan ərazilərdə 11.925 ev, 663 təhsil müəssisəsi, 184 dövlət binası, 182 tibb müəssisəsi, 173 dini məkan və yollar və körpülər də daxil olmaqla onlarla digər infrastruktur zədələnib.
Xilasetmə xidmətləri itkin düşmüş insanların axtarışını davam etdirir. Təsirə məruz qalan ərazilərə elektrik təchizatı demək olar ki, tamamilə bərpa edilib.
Antara xəbər agentliyi İndoneziyanın Nazirlər Kabineti katibi Teddi İndra Vijayaya istinadən bildirib ki, ölkə hakimiyyəti Şərqi Nusa Tenqara əyalətinin zəlzələdən zərər çəkmiş sakinlərinə ümumilikdə 253 ton yardım göndərib. Bölgəyə ərzaq, hazır yeməklər, su, dərman və tibbi avadanlıqlar, çadırlar və məcburi köçkünlər üçün digər zəruri ləvazimatlar çatdırılıb.
15 avqustda İndoneziyanın Şərqi Nusa Tenqara əyalətinin Flores adası sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. Rusiyanın İndoneziyadakı səfirliyi Telegram kanalında itkilər və dağıntılarla bağlı başsağlığı verib.
ELBAR