21 Avqust 2026 / 12:07

İnterpolun qırmızı bülleteni ilə axtarılan narkotik qaçaqmalçısı həbs edildi

İnterpolun qırmızı bülleteni ilə axtarılan “narkotik qaçaqmalçılığında” günahkar bilinən qaçaq Adanada tutulub.

Tezadlar.az xəbər verir ki, Adana Vilayət Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsinin qrupları, “narkotik qaçaqmalçılığı və təchizatı” ittihamı ilə 10 il 10 ay müddətinə həbs cəzası təsdiqlənmiş və qırmızı bülletenlə axtarışda olan M.K.-nın Adanada olduğunu müəyyən ediblər.

İstintaq qrupları apardıqları araşdırmalar nəticəsində M.K.-nın gizləndiyi ünvanı müəyyən ediblər.

Qaçaq M.K. həmin ünvanda keçirilən əməliyyatda tutulub.

Lazımi prosedurlardan sonra məhkum həbsxanaya göndərilib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!