İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüş keçirilib

Oxunma sayı: 61

Martın 14-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsində olub və DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovla görüş keçirilib.

Tezadlar.az xəbər verir ki, görüşdə İƏT üzv ölkələrin gömrük xidmətləri arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətindən bəhs edilib, eyni zamanda İƏT Gömrük Xidmətləri Rəhbərləri Şurasının növbəti iclasında müzakirə olunacaq məsələlər – qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İƏT məlumat bazasının yaradılması, gömrük işi sahəsində qarşılıqlı inzibati yardım, İƏT regionunda gömrük məsələlərində potensialın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

RÖVŞANƏ

Xəbəri paylaş