ABŞ və İsrail İrana qarşı əməliyyatlarında qəsdən məktəbləri, xəstəxanaları və digər mülki infrastrukturu hədəf alırlar.
Tezadlar.az xəbər verir ki, bu ittiham İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani tərəfindən irəli sürülüb.
“Hava limanları, məktəbləri, xəstəxanaları… və digər mülki infrastruktur qəsdən hücuma məruz qalıb və dağıdılıb”, – diplomat bildirib.
O, əlavə edib ki, idman obyektlərinə, məscidlərə və diplomatik polis qərargahlarına da hücum edilib.
İrəvani daha əvvəl Tel-Əviv və Vaşinqtonda baş verən zərbələrdə 180-dən çox uşaq da daxil olmaqla 1300-dən çox mülki şəxsin öldüyünü də bildirib.
E.ŞİRİNOV







