İran Baş Qərargahının sözçüsü Əbülfəzl Şekarçi ABŞ və İsrailin “daha böyük möcüzələr” gözlədiyini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Şekarçinin sözlərinə görə, İran ABŞ və İsrailə qarşı hücumları artırmaq niyyətindədir. Bu fonda o, düşmənlərinə “daha böyük möcüzələr” nümayiş etdirəcəyinə söz verib.
“ABŞ və İsrail rejiminə qarşı hücumlarımız hər gün güclənəcək. Biz ABŞ və İsrailə daha böyük möcüzələr nümayiş etdirəcəyik”, – deyə Şəkarçi bildirib.
E.ŞİRİNOV







