İran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

ABŞ-ın İrana endirdiyi zərbələr beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

Tezadlar.az xəbər verir ki, bunu İranın dünya təşkilatındakı daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

“Şübhə yoxdur ki, ABŞ-ın İranın suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi təcavüzü beynəlxalq hüququn və BMT Nizamnaməsində təsbit olunmuş məcburi beynəlxalq normaların kobud şəkildə pozulmasıdır”, – İrəvani BMT Təhlükəsizlik Şurasının sədri və baş katibinə məktubunda bildirib.

“Beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi və cinayətkar əməllərin ağır və genişmiqyaslı nəticələrini nəzərə alaraq, İran İslam Respublikası təcili olaraq Təhlükəsizlik Şurasından bu açıq-aşkar və qeyri-qanuni təcavüz aktını müzakirə etmək üçün təcili iclas çağırmağı xahiş edir”, – məktubda deyilir.

E.ŞİRİNOV

Xəbəri paylaş

20 İyul