3 Mart 2026 / 16:33

İran bütün qida məhsullarının ixracına tam qadağa qoydu

İran 3 mart tarixindən etibarən bütün ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına qadağa tətbiq edib.

Bu barədə İranın İxrac Konfederasiyası məlumat yayıb.

Məlumata görə, ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı qadağası İranın bütün gömrüklərinə elan olunub.

Ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına qadağanın ləğvi müddəti elan olunmayıb.

Qeyd edək ki, İranın ötən gün kartofa, bu gün isə pomidor, xurma və yumurta ixracına qadağa qoyulduğunu bildirilmişdi.

Tezadlar.az

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!