Pentaqon rəhbəri qeyd etdi ki, bu məqsədə “Epik Qəzəb Əməliyyatının cəmi bir neçə günü ərzində” nail olunub
ABŞ İran Hərbi Dəniz Qüvvələrinin “ən yaxşı hissəsini” məhv edib.
Tezadlar.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset bu iddianı Floridada keçirilən mətbuat konfransında bildirib.
“Epik Qəzəb Əməliyyatının cəmi bir neçə günü ərzində siz (ABŞ Mərkəzi Komandanlığının rəhbəri Admiral Bred Kuper – RED.) və komandanız dağıdıcı dəqiq zərbələr endirərək İran Hərbi Dəniz Qüvvələrinin ən yaxşı hissəsini məhv etdiniz”, – deyə o bildirib.
E.ŞİRİNOV







