Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İsraili respublikada rejim dəyişikliyinə cəhd edəcəyi təqdirdə Dimonadakı nüvə reaktorunu partlatmaqla hədələyib.
Tezadlar.az bildirir ki, bu barədə ISNA mənbəyə istinadən məlumat verir.
“İran hərbi rəsmilərindən biri xəbərdarlıq edib ki, ABŞ və İsrail İranda rejim dəyişikliyinə cəhd edərsə, Tehran Dimona nüvə reaktorunu hədəf alacaq…”, – deyə məlumatda bildirilir.
Bu məlumat əvvəllər Ukrayna kanalları da daxil olmaqla Telegram kanallarında yayılmışdı. İİKK rəsmi olaraq belə bir açıqlama verməyib.
Bu arada, İran hökumətinin uzunmüddətli müharibə idarəetmə planını işə saldığı bildirilib.
Politoloq Hüseyn Buheyti də ABŞ və İsrailin İrana hücumlarının yalnız İran xalqını birləşdirməyə xidmət etdiyini bildirib.
E.ŞİRİNOV