Əsas məzmuna keç

İran Xameneinin oğlunun ölümü ilə bağlı xəbərləri təkzib etdi

Müctəba Xamenei hazırda atasının dəfn mərasiminin təşkili üzərində işləyir

İsrail mediasının xəbərlərinə baxmayaraq, İranın mərhum Ali Rəhbəri Əli Xameneinin oğlu Müctəba sağ-salamatdır.

Tezadlar.az bildirir ki, bu barədə “Mehr” məlumat verib.

“İsrail mediasında yayılan şayiələrin əksinə olaraq, mərhum inqilab liderinin oğlu Höccətülislam-ül-Müslimin Seyid Müctəba Xameneinin səhhəti əladır”, – deyə məlumatda bildirilir.

Agentliyin məlumatına görə, o, hazırda atasının dəfn mərasiminin təşkili üzərində işləyir və ölkə üçün vacib məsələlər üzrə məsləhətləşmələr aparır.

Xatırladaq ki, İranın Ali Rəhbəri Əli Xamenei 28 fevralda ABŞ-İsrail arasında böyük hərbi əməliyyat zamanı onun iqamətgahına endirilən zərbə nəticəsində öldürülüb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…