Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya və Çin İrana “siyasi və digər cəhətdən” dəstək verirlər.
Tezadlar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunu NBC-yə verdiyi müsahibədə bildirib.
Jurnalist bunun ABŞ və İsrailin hücumları başladıqdan sonra hərbi yardıma aid olub-olmadığını soruşub. Əraqçi cavab olaraq qeyd edib ki, İranın Rusiya və Asiya ölkələri ilə hərbi əməkdaşlığı sirr deyil və davam edir. Nazir vurğulayıb ki, bu cür əməkdaşlıq əvvəllər də mövcud olub və onun fikrincə, davam edəcək.
“Radiotochka NSN”-in məlumatına görə, İsrail və ABŞ-la hazırkı hücum mübadiləsi zamanı dəstək barədə yenidən soruşulduqda, Əraqçi yardımın “həmişə göstərildiyini” bildirib, lakin müharibə zamanı əməkdaşlığın təfərrüatlarını açıqlamaqdan imtina edib.
E.ŞİRİNOV