1 Mart 2026 / 19:29

“İranda rejim dəyişikliyi qeyri-mümkündür”

Bəllidir ki, ABŞ- ın strateji məqsədi İranda rejim dəyişikliyinə nail olmaqdır. Lakin “Bu qeyri-mümkün bir missiyadır”- deyən İranın xarici işlər naziri Seyid Abbas Ərağçi “Əl-Cəzirə” telekanalına müsahibəsində belə deyib: “Liderin yoxluğu və ya ölümü sistemin çökməsi demək deyil. Dövlət institutları toxunulmaz qalır”. Ərağçi qeyd edib ki, yeni Ali Lider bir-iki gün ərzində seçilə bilər: “Biz yüksək rütbəli hərbi komandirlərimizi itirdik, amma onlar dərhal yerinə yeniləri təyin edildi. Hərbi hissələrimiz hazırda əvvəllər verilmiş ümumi təlimatlara uyğun olaraq müstəqil şəkildə fəaliyyət göstərir”.

ABŞ rəsmiləri isə bildirir ki, İranda rejim mütləq dəyişdiriləcək!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!