1 Mart 2026 / 12:55

İranda rejim necə və hansı formada dəyişəcək?

…Əli Xameneyi və bir neçə yüksək rütbəli şəxsin məhv edilməsi ABŞ-İsrail hücumlarının bir dalğası idi.
Birinci deməzdim (ABŞ bunu birinci adlandırdı) çünki birincisi ötən il oldu və ilin sonunda İran xalqının “nəbzi” yoxlanıldı. Yəni, hazırki teokratik rejim devrilərsə, digər güc sahibi ilə əvəzlənər, ya yox, bunu yoxladılar.
İranlılar hər zaman dindən çox uzaq olublar. Dövlətin özü başda olmaqla. Pəhləvilərin vaxtilə ölkəni talayıb, kasıb xalqı hiddətləndirməyindən Xomeyni uğurla istifadə etmişdi və nüfuz qazanmışdı. İndi isə bu rejimin devrilməsi üçün uğurlu zamandır. Kütləvi etirazlar məhz bunu təsdiqlədi, digər tərəf də hərəkətə keçdi.
Dünənki hadisələrlə bağlı isə bir də onu deyim ki, əli uşaq və cavanların qanına ən çox bulaşan elə bu rejim olub. İslam respublikası yeni qurulan vaxtlarda musiqiyə qulaq asmaq istəyən, kasetlər tapan gəncləri ed*m edirdilər. Yüzlərlə qızı böhtanla ö£d*rdülər. Davam da edirlər.
İran Əfqanıstan deyil ki, bir dini rejimin digəri ilə əvəzlənməsinə icazə verilsin. Həm resurs, həm coğrafi mövqe, həm tarixinə, həm də xalqının ideoloji vəziyyətinə görə. Bu rejim bu şəkildə devriləcəksə, İran, birmənalı şəkildə olmasa belə, qərbə yönümlü dövlətə çevriləcək.
Nərmin Salmanova
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!