Əsas məzmuna keç

İranın 2 PUA-sı BƏƏ-dəki aeroportun yaxınlığına düşüb – yolçulardan yaralananlar var

Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay Beynəlxalq aeroportu yaxınlığına iki İran pilotsuz uçuş aparatı düşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hücum nəticəsində dörd nəfərin yaralandığı bildirilir.

Dubay Media İdarəsi (Dubai Media Office) yaralananlardan ikisinin Qana vətəndaşı, birinin Banqladeş vətəndaşı olduğunu və aldıqları xəsarətlərin yüngül olduğunu açıqlayıb. Dördüncü zərərçəkən isə hindistanlıdır və onun orta-dərəcəli xəsarət aldığı deyilir.

Dron hücumlarına rəğmən aeroportun uçuşları davam etdirdiyi qeyd olunur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…