Ötən gün İranın Mərkəzi ostanının Dəlican şəhərində yerləşən mis mədənində partlayış baş verib. İRNA xəbər verir ki, bu barədə İranın Mərkəzi ostanının Təcili Tibbi Yardım Xidməti məlumat yayıb. Məlumata görə, hadisə bu gün günorta saatlarından əvvəl qeydə alınıb. Partlayış nəticəsində 2 fəhlə həlak olub, xəsarət alanlar isə xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
İranın mis mədənindəki partlayışda 2 nəfər öldü






