İranın Bəndər Abbas şəhərindən 23 km qərbdə, Fars körfəzi sahilində yerləşən Şəhid Rəcai dəniz limanında güclü partlayış baş verib.
Qurbanların sayı 516-ya çatıb.
Tezadlar.az hadisə ilə bağlı əsas məlumatları toplayıb.
Partlayış halları
Partlayış Şəhid Rəcai limanının estakadası ərazisində baş verib.
Hadisə yerində yanğın baş verib. Təcili yardım xidmətləri yanğını söndürmək üçün helikopterlərdən istifadə etməyə başlayıb.
Partlayış həmçinin liman binalarından birinin uçmasına səbəb olub.
Şahidlərin sözlərinə görə, partlayışın gücü elə olub ki, onu Bəndər Abbas və Qeşm adasının sakinləri hiss ediblər.
Bütün limanın fəaliyyəti dayandırılıb.
Səbəb
İlkin məlumata görə, partlayış təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda baş verib.
IRIB telekanalının məlumatına görə, yanacaq çəni partlayıb.
Qurbanlar
Qurbanların ümumi sayı 516-ya çatıb.
Ölənlər barədə məlumat yoxdur.
Reaksiya
Yaxınlıqdakı şəhərlərdən hadisə yerinə 15 təcili tibbi yardım maşını və 4 təcili yardım avtobusu göndərilib.
Cəhrom və Lar şəhərlərində fövqəladə xidmətlər tam hazırlıq vəziyyətindədir.
E.ŞİRİNOV