Əsas məzmuna keç

İranla danışıqlar üçün artıq çox gecdir – Tramp

ABŞ prezidenti İranın hava hücumundan müdafiə sistemi, hava qüvvələri, donanması və rəhbərliyinin guya “dağıldığını” bildirib

Vaşinqton və Tehran arasında danışıqlar üçün vaxt artıq itirilib.

Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu 3 martda Truth Social-da bildirib.

O, “Onlar danışıqlar istəyirlər. Mən “Çox gec!” dedim” deyə yazıb.

Amerika liderinin sözlərinə görə, İran tərəfi guya ABŞ ilə danışıqlar aparmaq istəyir.

Tramp həmçinin İranın hava hücumundan müdafiə sistemi, hava qüvvələri, donanması və rəhbərliyinin “dağıldığını” iddia edir.

Bir müddət əvvəl İranın Ali Liderini seçən Ekspertlər Şurasının ofisinə hücum edilmişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…