Əsas məzmuna keç

İraq kürd lideri İrana qarşı müharibədə iştirakla bağlı suala belə cavab verib

İraq kürdləri İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəklər.

Tezadlar.az xəbər verir ki, “Fars” agentliyinin məlumatına görə, bunu İraq Kürdüstan Bölgəsinin prezidenti Neçirvan Bərzani bildirib.

“Biz heç vaxt münaqişənin gərginləşməsinə və ya hərbi əməliyyatlara qatılmayacağıq”, – siyasətçi bildirib.

Bir müddət əvvəl İsrailin i24 televiziya kanalı kürdlərin guya İraq ərazisindən İrana qarşı quru hücumuna başladığını bildirmişdi. Medianın məlumatına görə, İran qoşunları sərhəd bölgəsi olan Merivan kəndi ətrafında müdafiə mövqeləri qurmağa başlayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın İranda hökuməti dəyişdirmək üçün silahlanmağa hazır olan kürd silahlı dəstələrini dəstəkləməyə hazır olduğu və ölkənin devrilmiş liderini kimin əvəz etməsi ilə bağlı bir neçə variantı açıq və gizli şəkildə nəzərdən keçirdiyi bildirilirdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…