11 Mart 2026 / 05:51

İsrail İranın qisas əməliyyatlarında 12 nəfərin öldüyünü açıqladı

İsrail ordusu ABŞ ilə birgə hücumlardan sonra İranın qisas hücumları nəticəsində ümumilikdə 12 nəfərin öldüyünü və 200 israillinin yaralandığını, onlardan 7-sinin ağır olduğunu açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İsrail ordusunun açıqlamasında İrandan hər gün fasilələrlə raketlərin atıldığı və Livandakı “Hizbullah”ın eyni vaxtda tank əleyhinə və qısa mənzilli raketlərlə cavab verdiyi bildirilib.

Bəyanatda İranın İsrailə qarşı qisas hücumlarında istifadə etdiyi sursat növləri vurğulanaraq, 28 fevralda ABŞ-İsrail hücumlarının başlamasından bəri İranın atdığı raketlərin təxminən yarısının çoxbaşlı raketlər olduğu qeyd edilib.

Bəyanatda İranın qisas hücumlarında 12 nəfərin öldüyü və 200 nəfərin yaralandığı, onlardan 7-sinin ağır olduğu bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!