Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin Livanda hava hücumlarında daha 10 nəfərin həlak olduğu bildirilib.
Tezadlar.az bildirir ki, Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail təyyarələri ölkənin cənubundakı Əl-Ənsariyə şəhərinə intensiv hücumlar həyata keçirib.
İsrailin pilotsuz təyyarəsinin Tir şəhərinin cənub-şərqindəki Hoş bölgəsindəki bir kafeni hədəf aldığı və yaralananların olduğu bildirilib.
Səhiyyə Nazirliyi axşam saatlarında Beyrutun cənubundakı Əvzai bölgəsində bir motosikleti hədəf alan İsrail pilotsuz təyyarəsinin hücumunda bir nəfərin öldüyünü açıqlayıb.
Axşam saatlarında İsrailin cənubundakı Şərqi Zautar şəhərinə hücumunda da iki nəfər həlak olub.
İsrailin hücumlarında Nəbatiyyə əyalətinin Qələviyə şəhərində 4 nəfər, Tir əyalətinin Hinnaviyə şəhərində isə 3 nəfər həlak olub.
İsrail təyyarələri axşam saatlarında Hiyam, Tayba və Rab Salasin şəhərlərini də hədəf alıb.
E.ŞİRİNOV