Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünən gecədən bəri İsrailin Livana qarşı hava hücumlarında ölənlərin sayı 30-a çatıb, 31 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu cənubdakı Tir, Bint Cbeil və Nəbatiyyə şəhərlərini, eləcə də şərqdəki Qərbi Bekaa və Beyrutun cənub ətraflarını hədəf alan bir sıra hava hücumları həyata keçirib.
Hənəviyə, Şehabiyyə, Qana, Hoş və Tibnin də daxil olmaqla bir çox şəhərə zərbə endirilib, Beyrutun Aişə Bekkar bölgəsindəki bir mənzil də hədəfə alınıb.
Şəhabiyada altı, Qanada beş, Hənaviyə və Şərqiyada hər birində üç, Zelaya, Hoş və Kefertibnitdə isə hər birində bir nəfər ölüb.
Zelaya, Hoş, Kana, Şehabiyə və Tibnin şəhərlərində 26 livanlı yaralanıb.
Livanın şərqindəki Baalbek bölgəsindəki Temnin şəhərində səhər saatlarında suriyalıların yaşadığı binaya edilən hücum nəticəsində 10 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.
Həmçinin səhər saatlarında cənubdakı Yuxarı Nəbatiyyə şəhərində bir motosiklet pilotsuz təyyarə tərəfindən hədəfə alınıb və İsrail təyyarələri ölkənin cənubundakı Tayri və Zebkin şəhərlərinə zərbələr endirib.
Cənubdakı Saf Hava bölgəsində bir nəqliyyat vasitəsi də pilotsuz təyyarə tərəfindən hədəfə alınıb.
E.ŞİRİNOV