Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İstanbulun Kağıthane rayonunda Azərbaycan vətəndaşı olan 57 yaşlı Lətifə İbadova ölmüş vəziyyətdə aşkarlanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, hadisə dünən saat 13:30 radələrində Çağlayan məhəlləsində baş verib. İddiaya görə, xaricdən daxil olan məlumat əsasında polis əməkdaşları qapısı və pəncərəsi açıq olan evə daxil olublar. Əməkdaşlar otaqda hərəkətsiz vəziyyətdə uzanan qadını aşkarlayıblar.
Tibb işçilərinin müayinəsi zamanı qadının öldüyü müəyyən edilib. Hadisə ilə bağlı araşdırmaya başlayan polis İbadovanın bədənində döyülmə, eləcə də kəsici və deşici alət izlərinə rast gəlməyib. Qadının dəqiq ölüm səbəbi aparılacaq tibbi ekspertizadan sonra müəyyənləşəcək.
İlkin araşdırmalar zamanı evdə masanın üzərindəki plastik butulkada narkotik vasitə olduğu ehtimal edilən maddə də aşkarlanıb. Maddə araşdırılmaq üçün götürülüb.
Hazırda hüquq-mühafizə orqanları hadisə barədə məlumat daxil olmamışdan təxminən 15 dəqiqə əvvəl evdən çıxdığı iddia edilən və İbadova ilə birlikdə yaşayan Ferhat adlı şəxsi axtarır.