Gürcüstanın sabiq baş naziri və “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili Bloomberg-in milyarderlər reytinqindən çıxarılıb. Tezadlar.az xəbər verir ki, bu hal Bloomberg-in yeni dərc olunan siyahısında müşahidə olunub. Aprelin 9-da Bloomberg onun sərvətini 6,7 milyard dollar olaraq qiymətləndirmişdi. Bu, son bir il ərzində qeydə alınan ən aşağı göstərici idi. Bloomberg-in milyarderlər reytinqinə dünyanın ən zəngin 500 iş adamı daxil edilir. Siyahıya daxil olan şəxslərdən “ən kasıb”ının sərvəti 6,32 milyard dollar, siyahıya başçılıq edən şəxsin sərvəti isə 335 milyard dollardır. Digər tərəfdən, Forbes-in 2025-ci il üzrə açıqladığı milyarderlər reytinqində İvanişvili hələ də yer almaqdadır.
O, hazırda siyahıda 1373-cü pillədə qərarlaşıb. Forbes onun sərvətini 2,7 milyard dollar olaraq göstərir.