Əsas məzmuna keç

JURNALİSTLƏR ÜÇÜN ƏN TƏHLÜKƏLİ ÖLKƏLƏRİN ADI AÇIQLANIB

Bir il ərzində 11 media işçisinin öldürüldüyü Meksika dördüncü ildir ki, jurnalistlər üçün ən təhlükəli ölkə kimi tanınıb. “Sərhədsiz Reportyorlar” beynəlxalq qeyri-hökumət təşkilatının hesabatına əsasən, 2022-ci ildə Ukrayna jurnalistlər üçün ən təhlükəli ölkələr reytinqində ikinci yeri tutub.

Bu barədə RİA Novosti yazır.

“İki illik nisbi möhlətdən və tarixən aşağı göstəricilərdən sonra 2022-ci ildə işi ilə əlaqədar öldürülən jurnalistlərin sayı 18,8% artıb”, – hesabatda deyilir.

Eyni zamanda qeyd edilir ki, Ukrayna hadisələri “bu artımın səbəblərindən biridir”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…