ABŞ-ın Los-Anceles şəhərində jurnalistləri daşıyan vertolyotun qəzaya uğraması nəticəsində ən azı üç nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, Los-Ancelesdə vertolyot qəzaya uğrayıb, nəticədə, ən azı üç nəfər ölüb.
Hadisə yerindən görüntülərdə iki konteyner və bir neçə nəqliyyat vasitəsinin yandığı görünür. Yanğınsöndürənlər yanğının söndürüldüyünü bildiriblər.
Vertolyotu kimin idarə etdiyi hələlik məlum deyil, lakin yerli medianın verdiyi xəbərlərə görə, qəza ölümcül avtobus qəzasının yaxınlığında uçan xəbər vertolyotu olub.
Los-Anceles Polis Departamenti vertolyotun onlara məxsus olmadığını təsdiqləyib.
Hadisə çərşənbə axşamı yerli vaxtla saat 19:00-dan bir qədər əvvəl Lurline prospekti ilə Nordhoff küçəsinin kəsişməsində baş verib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı araşdırma aparacaq.
E.ŞİRİNOV







