Əsas məzmuna keç

KAİNATIN 5-Cİ ƏSAS QÜVVƏSİ – ÇOX YAXINDA TAPILACAQ

ABŞ-ın Çikaqo şəhəri yaxınlığındakı elm adamları yeni təbiət qüvvəsinin mövcudluğunu kəşf etməyə yaxın ola biləcəklərini bildirirlər.

TEZADLAR.AZ xəbər verir ki, əgər sübut olunarsa, kainatdakı bütün cisimlərin və hissəciklərin bir-biri ilə qarşılıqlı əlaqəsini təyin edən beşinci əsas qüvvə tapılacaq.

Tətqiqatçılar müon adlanan atomaltı hissəciklərin hazırki atomaltı nəzəriyyəsinin proqnozlaşdırdığı kimi davranmadığına dair yeni sübutlar tapıblar. Alimlər naməlum qüvvənin müonlara təsir edə biləcəyinə inanırlar. 

Bu nəticələri təsdiqləmək üçün daha çox məlumat lazımdır, lakin təsdiqlənərsə, bu, fizikada inqilabın başlanğıcı ola bilər.

 

trend

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…