Aİ diplomatik xidmətinin rəhbərinin sözlərinə görə, missiya dəniz təhlükəsizliyini gücləndirmək üçün əlavə gəmilərlə təchiz olunacaq
Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Qırmızı dənizdə, Fars körfəzində və Hind okeanında Aspide dəniz missiyasının gücləndirilməsini elan edib.
Tezadlar.az bildirir ki, bu barədə “Reuters” məlumat verib.
Onun sözlərinə görə, missiya dəniz təhlükəsizliyini gücləndirmək üçün əlavə gəmilərlə təchiz olunacaq.
“France-Presse” agentliyi mənbəyə istinadən bildirib ki, Aspides missiyasında iştirak etmək üçün iki Fransa gəmisi Qırmızı dənizə köçürüləcək.
E.ŞİRİNOV







