13 İyun 2026 / 09:23

Keçmiş maliyyə nazirinin oğlu qiyabi olaraq həbs edildi və axtarışa verildi

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş məmurun özünün həbsi ilə bağlı vəsatəti rədd edib

Keçmiş maliyyə naziri Qaqik Xaçatryanın oğlu Artem Xaçatryanın iki ay müddətinə qiyabi olaraq həbs olunduğu bildirilir. O, axtarışa verilib.

Tezadlar.az bildirir ki, bu barədə məhkəmədən “Sputnik Ermənistan”a məlumat verilib.

Daha əvvəl Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş maliyyə naziri Qaqik Xaçatryanın özünün həbsi ilə bağlı vəsatəti rədd edib.

Qaqik  Xaçatryana qarşı iş vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır. Keçmiş nazirin özü hazırda xaricdə müalicə alır.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu keçmiş təhsil naziri Armen Aşotyanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək keçmiş maliyyə naziri Qaqik Xaçatryan və onun oğlu, İdarəetmə Şurasının rəhbəri, rektor və Bryusov Universitetinin üç prorektoru (A.A., A.X. və G.X.), eləcə də əlaqəli şəxs (G.T.) ilə Puşkin küçəsi 38/1 ünvanında yerləşən 451,1 kvadratmetrlik (209 milyon dram dəyərində) daşınmaz əmlakı və torpaq sahəsini yüksək vəzifəli məmura və əlaqəli şəxsə məxsus fondun mülkiyyətinə keçirmək üçün korrupsiya sxemi vasitəsilə əlbir olduğu iddia edilən bir bəyanat yayıb.

2024-cü ilin iyul ayında Xaçatryan ailəsinin Los-Ancelesdəki malikanəsi müsadirə edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!