Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Fevral 2026 / 14:26

Keçmiş Şahzadə Endryu taxt hüququndan məhrum ediləcək

Avstraliya və Yeni Zelandiya hökumət başçıları Endryu Mauntbatten-Vindzorun Britaniya taxt-tacının varislik xəttindən çıxarılmasına kömək etməyə hazır olduqlarını açıqladılar.

Tezadlar.az bildirir ki, bu barədə “Daily Mail” məlumat verib.

Avstraliyanın Baş naziri Entoni Albanese Britaniyanın Baş naziri Keyr Starmerə məktub yazaraq bildirib ki, Avstraliya hakimiyyəti keçmiş Şahzadə Endryuun varislik xəttindən çıxarılmasına icazə verəcək.

“Əlahəzrətləri ilə razıyam ki, qanun öz qaydasında olmalıdır”, – o yazıb.

Yeni Zelandiyanın Baş naziri Kristofer Laksonun sözçüsü belə bir qərarın Yeni Zelandiya hakimiyyəti tərəfindən dəstəklənəcəyini təsdiqləyib.

Endryu Britaniya taxt-tacına namizədlərin səkkizincisidir. Onun vəzifədən alınması üçün parlament səsverməsi və Kral III Çarlzın rəsmi olaraq dövlət başçısı hesab edildiyi bütün 14 Birlik ölkəsinin razılığı tələb olunacaq. Avstraliya və Yeni Zelandiya da bunlar arasındadır.

Endryu bir neçə ildir ki, yetkinlik yaşına çatmayan qızları zorlamaq ittihamları ilə təqib olunur. 2025-ci ilin oktyabr ayında o, titullarından məhrum edilib. Onun həbsi 19 fevral cümə axşamı günü elan edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!