Əsas məzmuna keç

Keniyada faciə: 6 turist və pilot həlak oldu

def e c bf afaddf

Keniyada Ololokve dağında “Eurocopter” helikopterinin qəzaya uğraması nəticəsində 6 turist və bir pilot da daxil olmaqla 7 nəfər ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli media polisə istinadən məlumat yayıb.

Məlumata görə, helikopter “Lady Lori” çarter şirkəti tərəfindən istismar olunurdu və Laykipiya dairəsindəki Soyan fermasından Keniyanın mərkəzi hissəsində yerləşən Loysaba qoruğuna uçurdu.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.

Keniyada göyərtəsində 7 əcnəbi turistin olduğu helikopter qəzaya uğrayıb.

Tezadlar.az xəbər verir ki, hadisə Samburu dairəsində, Ololokve dağı yaxınlığında baş verib.

Turistlərin vətəndaşlığı, göyərtədə olan insanların dəqiq sayı və ölənlərin olub-olmaması hələ ki dəqiqləşdirilməyib. Yerli sakinlər və xilasedici komandalar hadisə yerinə yollanıblar.

Ərazidə yanğın baş verdiyi bildirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…