Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Daxili İşlər Nazirliyinin koordinasiya etdiyi və 20 vilayətdə keçirilən kibercinayətkarlıq əməliyyatlarında 193 şübhəli tutulub, 78-i isə həbs edilib.
Tezadlar.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, Təhlükəsizlik Baş İdarəsinin Kiber Cinayətkarlıqla Mübarizə İdarəsi, MASAK (Maliyyə Cinayətlərinin Təhqiqatı Şurası) və prokurorluq orqanları tərəfindən koordinasiya edilən əməliyyatlar 5 gün ərzində Adana, Adıyaman, Amasiya, Antalya, Ankara, Bitlis, Dənizli, Diyarbəkir, Ərzurum, Qaziantep, Gümüşhane, İstanbul, İzmir, Kilis, Kocaeli, Konya, Malatya, Ordu, Sakarya və Trabzonda həyata keçirilib. 193 şübhəli tutulub.
Şübhəlilərdən 78-i məhkəmələr tərəfindən həbs edilib, 30 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Qalan şübhəlilərin məhkəmə prosesi davam edir.
Şübhəlilərin qanunsuz mərc və qumar fəaliyyəti ilə məşğul olduqları, qanunsuz mərc saytlarında pul köçürmələrini təşkil etdikləri, bu saytları reklam etdikləri, internetdə ədəbsiz uşaq şəkilləri yerləşdirdikləri, POS sələmçiliyi ilə məşğul olduqları, sosial media platformalarından və fişinq saytlarından istifadə edərək vətəndaşları “investisiya və məhsul satışı” adı altında aldatdıqları və vətəndaşların mobil bankçılıq və oyun hesablarına icazəsiz giriş əldə etdikləri müəyyən edilib.
E.ŞİRİNOV