Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cənubi Amerika ölkəsi olan Kolumbiyada 7.4 bal gücündə zəlzələ baş verib.
Tezadlar.az xəbər verir ki, Kolumbiya Geoloji Xidməti zəlzələnin episentrinin Çoko əyalətindəki San Jose del Palmar bələdiyyəsi yaxınlığında, 96 kilometr dərinlikdə olduğunu açıqlayıb.
Mütəxəssislər bu bal gücündə zəlzələnin sıx məskunlaşmış ərazilərdə ziyana səbəb ola biləcəyini bildiriblər.
Çoko qubernatoru Nubiya Karolina Kordoba sosial media hesabında əyalətdə şiddətli zəlzələ baş verdiyini bildirib.
Kordoba episentrin San Jose del Palmarda olmasına baxmayaraq, əyalətin paytaxtı Kibdoda binalara ciddi ziyan dəydiyini və xəsarət alanların olduğunu bildirib.
Qubernator əlavə edib ki, ilk rəsmi hesabat dərc olunmazdan əvvəl ziyanın qiymətləndirilməsi işləri davam edir.
Zəlzələ bir çox şəhərdə hiss olunub
Zəlzələ təxminən 50 milyon əhalisi olan ölkənin bir çox şəhərində, o cümlədən paytaxt Boqotada, eləcə də Kali, Manizales və Pereira şəhərlərində hiss edilib.
Paytaxt Boqotada yüzlərlə insan evlərini tərk edərək küçələrə çıxıb.
ELBAR