Əsas məzmuna keç

Kolumbiyada 7,4 bal gücündə zəlzələ

Kolumbiyanın Antioquia əyalətindəki Medellin şəhərinin 18 kilometr cənub-şərqində 7.4 bal gücündə zəlzələ qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, zəlzələ yerin 93.7 kilometr dərinliyində baş verib və paytaxt Boqotada da hiss olunub.

Çoko meri Nubia Karolina Kordoba-Kuri Quibdo şəhərində yaralananların olduğunu, binalara ciddi ziyan dəydiyini və Metropoliten Katedral Bazilikasının ağır zədələndiyini bildirib.

Yerin 93.7 kilometr dərinliyində baş verən zəlzələnin paytaxt Boqotada da hiss olunduğu bildirilib.

Kordoba-Kuri təkrar yeraltı təkanlardan (afterşoklardan) narahat olduqlarını qeyd edərək qrupların ziyanın qiymətləndirilməsi işlərinə başladıqlarını açıqlayıb.
Səlahiyyətlilər bölgədəki yerli idarəetmə orqanları ilə əlaqə saxladıqlarını və zəlzələnin törətdiyi ziyanın miqyasının müəyyənləşdirilməyə çalışıldığını bildiriblər.

Zəlzələ zamanı dünyanın ən böyük kərpic tikilili katedrallarından biri olan Metropoliten Katedral Bazilikası ağır zədə alıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…