28 Aprel 2026 / 19:15

Körpə qoturluq diaqnozu ilə hospitalizasiya olunub, sonradan vəfat edib

Aprelin 25-i saat 11 radələrində 2025-ci il təvəllüdlü körpə (Kişi cinsli) təcili tibbi yardım briqadası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə hospitalizasiya olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, körpəyə qoturluq diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib:

“Müalicəsi 2-ci Dermatoveneroloji şöbəsində davam etdirilib. Aprelin 26-sı saat 16:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Baş vermiş hadisə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyası tərəfindən araşdırılır”.

Bakıda azyaşlı xəstəlikdən ölüb.

Tezadlar.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

1 yaşlı Ağahüseyn Elşən oğlu Əliyev müayinəyə aparıldığı xəstəxanada ölüb. Onun pnevmaniya xəstəliyindən öldüyü bildirilir.

Araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!